14 
Mar
2019
13:15
37
60
1382
yuxarı
Bakıda idman gimnastikası üzrə Dünya Kuboku başladı
14 Mar, 2019
13:15
1382
37
60
Bakıda idman gimnastikası üzrə Dünya Kuboku başladı
Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku start götürüb.
Oxu.Az-ın məlumatına görə, yarışda 41 ölkənin idmançıları iştirak edəcəklər.
Martın 17-nə qədər davam edəcək turnirin ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.
Azərbaycanı Dünya Kubokunda kişilərin yarışında Murad Ağarzayev, Nikita Simonov, İvan Tixonov, qadınlarda isə Marina Nekrasova təmsil edəcək.
Ağarzayev sərbəst hərəkətlər, dəstəli at və dayaqla tullanma, Simonov halqalar, paralel qollar və turnikdə, Tixonov və Nekrasova isə bütün hərəkətlərdə mübarizə aparacaq.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək