15 
Mar
2019
02:55
94
22
6115
Virtual karabakh

Avroliqanı ən çox qazanmış klublar Bakıya gəlməyəcək - VİDEO + YENİLƏNİB

Final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasında 1/8 final oyunları başa çatıb.

Oxu.Az xəbər verir ki, bununla da 1/4 finala vəsiqə qazanmış səkkiz komandanın adına aydınlıq gəlib. 

Səfərdə 1:3 hesabı ilə məğlub olmuş “Arsenal” Londonda sürprizə icazə verməyib və böyük hesabla qalib gələrək adını 1/4 finala yazdırıb. Digər London klubu “Çelsi” də Kiyevdə darmadağına imza atıb. Beləliklə, İngiltərənin altı top komandası avrokuboklarda mübarizəni davam etdirir. “Top-5” ölkələrindən Fransanın isə avrokuboklarda təmsilçisi qalmayıb.

“Krasnodar”ın ardından “Zenit” də İspaniya klubları ilə bacarmayaraq turnirlə vidalaşıb. Bununla da qonşu Türkiyə klublarının ardından Rusiya təmsilçilərinin də Bakıya gəlməyəcəyi dəqiqləşib.

Gecənin görüşlərindən iki matçın taleyi əlavə 30 dəqiqədə müəyyənləşib. Bunlar Portuqaliyanın paytaxtı Lissabon və Çexiyanın mərkəzi şəhəri olan Praqada keçirilmiş görüşlərdir.

Bunlardan ən maraqlısı Praqada baş tutub. “Slaviya” ilk əlavə 15 dəqiqədə 2:3 hesabı ilə uduzsa da, daha sonra iki qol vuraraq sensasiyaya imza atmağı bacarıb. Bununla da Avroliqanı (keçmiş UEFA Kuboku da daxil olmaqla) ən çox – beş dəfə qazanmış “Sevilya”nın Bakıya gəlməyəcəyi bəlli olub. Həmçinin köklü klublardan “İnter”i (üç dəfə UEFA Kubokunu qazanmaqla ikinci yerdə idi – S.M.) də Bakıda görə bilməyəcəyik.

“Arsenal” (İngiltərə) – “Ren” (Fransa) 3:0

İlk oyun – 1:3

“Benfika” (Portuqaliya) – “Dinamo” (Xorvatiya) 3:0 (əlavə vaxt)

İlk oyun – 0:1

“İnter” (İtaliya) – “Ayntraxt” (Almaniya) 0:1 

İlk oyun – 0:0

“Slaviya” (Çexiya) – “Sevilya” (İspaniya) 4:3 (əlavə vaxt)

İlk oyun – 2:2

“Vilyareal” (İspaniya) – “Zenit” (Rusiya) 2:1

İlk oyun – 3:1

Səbuhi MUSAYEV

01:45

Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin ilk üç cavab görüşü keçirilib.

Oxu.Az nəticələri təqdim edir:

“Dinamo” (Kiyev, Ukrayna) – “Çelsi” (İngiltərə) 0:5

İlk oyun – 0:3

“Zalsburq” (Avstriya) – “Napoli” (İtaliya) 3:1

İlk oyun – 0:3

“Krasnodar” (Rusiya) – “Valensiya” (İspaniya) 1:1

İlk oyun – 1:2

Beləliklə, “Çelsi”, “Napoli” və “Valensiya” 1/4 finala yüksəlib. 1/8 final mərhələsinin qalan 5 cavab oyunu Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri