15 
Mar
2019
10:59
125
30
4587
Virtual karabakh

“Real” və “Çelsi”də oynamış ulduz futbolçu yenidən Bakıda - VIDEO + FOTO

15 Mar, 2019
10:59
4587

“Real” və “Çelsi”də oynamış ulduz futbolçu yenidən Bakıda - VIDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, “Səbail” Futbol Klubu dünya şöhrətli Maykl Esyeni sıralarına qatmaq üçün danışıqlar aparır.

Klubun rəsmi “Facebook” səhifəsində verilən məlumata görə, Maykl Esyen bu gün Bakıya gəlib.

Futbolçu “Səbail” – “Qarabağ” matçını izləyəcək.

Qeyd edək ki, Qana millisinin heyətində 58 oyuna doqquz qol vurmuş yarımmüdafiəçi hazırda azad agent statusuna malikdir.

Peşəkar karyerasına Fransa “Bastia”sında başlayan Esyen ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb.

Yarımmüdafiəçi “Çelsi” formasında 168 oyunda 19 qol vurub.

Maykl Esyen İspaniyanın “Real” və İtaliya nəhəngi “Milan”ın da şərəfini qoruyub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri