15 
Mar
2019
15:18
106
21
7416
Virtual karabakh

Çempionlar Liqasında 1/4 və 1/2 finalların püşkü atıldı

15 Mar, 2019
15:18
7416

Çempionlar Liqasında 1/4 və 1/2 finalların püşkü atıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Final oyunu İspaniyanın paytaxtı Madriddə keçiriləcək UEFA Çempionlar Liqasında (ÇL) bu gün 1/4 və 1/2 final cütlərinin püşkü atılıb.

Oxu.Az xəbər verir ki, ÇL-də cari mövsümün son püşkünü Braziliya millisinin və İtaliyanın “İnter” klubunun sabiq qapıçısı Julio Sezar çəkib. Püşkün nəticələri belə olub:

1/4 final (9-10 aprel/16-17 aprel)

“Ayaks” – “Yuventus”

“Liverpul” – “Portu”

“Totenhem” – “Mançester Siti”

“Barselona” – “Mançester Yunayted”

1/2 final (30 aprel-1 may/7-8 may)

“Totenhem” – “Mançester Siti”/“Ayaks” – “Yuventus”

“Barselona” – “Mançester Yunayted”/“Liverpul” – “Portu”

Qeyd edək ki, ilk yarımfinal cütünün qalibi iyunun 1-də “Metropolitano” stadionunda keçiriləcək finalda nominal ev sahibi sayılacaq.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri