15 
Mar
2019
16:11
554
83
5022
Virtual karabakh

Ramil Şeydayev: Musiqiyə qulaq asmıram, namaz qılıram - VİDEO

15 Mar, 2019
16:11
5022

Ramil Şeydayev: Musiqiyə qulaq asmıram, namaz qılıram - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sonuncu dəfə valideynlərimə, daha dəqiq desəm, atama zəng vurmuşam. Hər oyundan sonra mütləq ailəmlə əlaqə saxlayıram. Çünki evdə iki balaca bacım var. Onlarla da danışıram, məktəbdəki, bağçadakı vəziyyətləri ilə maraqlanıram.

Rusiyanın “Krılya Sovetov” klubunun rəsmi saytı millimizin futbolçusu Ramil Şeydayevin bu gün 23 yaşı olması münasibəti ilə müsahibə alıb. Ona gündəlik həyatında gördüyü işlər barədə suallar ünvanlanıb.

“Whatsapp”da sonuncu mesajının “Yuventus” – “Atletiko” görüşünün müzakirəsi ilə bağlı olduğunu, Kriştianu Ronaldunun möhtəşəm olduğunu bildirən Şeydayev musiqi həvəsi barədə bunları bildirib:

“Son vaxtlar, ümumiyyətlə, musiqiyə qulaq asmıram. Son dəfə musiqiyə 2017-ci ildə qulaq asmışam. Musiqiyə az-az qulaq asıram. Paltardəyişmə otağında kimsə mahnı qoşanda eşidirəm.

Futbolu seçməsəydim, taleyimin necə olacağını bilmirəm. Amma boksu xoşlayıram. Özümü bu idman növündə və ya basketbolda sınayardım.

Zəngli saat mənə tez-tez lazım olur. Hər səhər saat 06:00-da yuxudan durub, namaz qılıram. Ondan sonra yatıram. Ümumiyyətlə, gündə mütləq beş dəfə namaz qılıram”.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri