15 
Mar
2019
20:34
25
287
3329
Virtual karabakh

Azərbaycanlı idmançı hakimlərin ədalətsiz qərarına görə uduzdu

15 Mar, 2019
20:34
3329

Azərbaycanlı idmançı hakimlərin ədalətsiz qərarına görə uduzdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın daha bir idmançısı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ümumdünya etno festivalında bürünc medal qazanıb.

Azərbaycan Sumo Federasiyasından Oxu.Az-a verilən məlumata görə, sumoçumuz Camal Feyziyev kəmər güləşi üzrə dünya çempionatında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. O, 37 idmançının qatıldığı yarışda Sinqapur, Türkmənistan və Özbəkistan təmsilçilərini məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda sabiq dünya çempionu moldovalı güləşçi ilə görüşdə bərabər xal toplasa da (3:3) hakimlərin ədalətsiz qərarı nəticəsində uduzub.

Azərbaycanlı idmançılardan Zaur Bağırov hələ çempionatda mübarizəyə başlamayıb.

Yarışlara 90 ölkədən 3 mindən çox idmançı qatılıb. Çempionatda azərbaycanlı sumoçular mütləq çəki dərəcələrində mas-reslinq və ənənəvi güləş üzrə yarışlarda mübarizə aparırlar.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri