16 
Mar
2019
00:10
218
46
5225
Virtual karabakh

Maykl Esyen “Səbail”də: müqavilə bağlandı - FOTO

16 Mar, 2019
00:10
5225

Maykl Esyen “Səbail”də: müqavilə bağlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Səbail” Futbol Klubu dünya şöhrətli Maykl Esyenlə müqavilə bağlayıb. 

Oxu.Az-ın məlumatına görə, müqaviləyə əsasən, qanalı futbolçu 15 ay müddətində Bakı klubunun formasını geyinəcək. 

O, həmçinin U-19 komandasının məşqçilər heyətində də yer alacaq.

Xatırladaq ki, Qana millisinin heyətində 58 oyuna doqquz qol vurmuş yarımmüdafiəçi azad agent statusuna malik idi.

Peşəkar karyerasına Fransa “Bastia”sında başlayan Esyen ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb.

Yarımmüdafiəçi “Çelsi” formasında 168 oyunda 19 qol vurub.

O, İspaniya paytaxtının “Real” və İtaliya nəhəngi “Milan”ın da şərəfini qoruyub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri