16 
Mar
2019
15:33
43
319
3112
Virtual karabakh

Azərbaycanlı boksçu Avropa çempionatında bürünc medalla kifayətləndi

16 Mar, 2019
15:33
3112

Azərbaycanlı boksçu Avropa çempionatında bürünc medalla kifayətləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şimali Osetiyanın paytaxtı (Rusiya) Vladiqafqazda 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı davam edir. 

Oxu.Az xəbər verir ki, yarışda yarımfinal mərhələsinin ilk günü Azərbaycan millisinin bir üzvü rinqə çıxıb.

49 kq çəki dərəcəsində qüvvəsini sınayan Rüfət Hüseynov final üçün Rusiya idmançısı Volodya Mnatsakanyan ilə döyüşüb. Qarşılaşma erməni əsilli rəqibin qələbəsi ilə yekunlaşdığından həmyerlimiz bürünc medalla kifayətlənib. Bu, millimizin Vladiqafqazda ilk mükafatı olub.

Qeyd edək ki, yarımfinal mərhələsi bu gün başa çatacaq. 1/2 finalda boksçularımızdan Cəbrayıl Yelekov (-81 kq) Aleksandr Poxrebnyakla (Ukrayna), Məhəmməd Abdullayev (+91 kq) Luka Pratlyaçiçlə (Xorvatiya) gücünü yoxlayacaq. Hər iki boksçumuz nəticədən asılı olmayaraq, özünə azı bürünc medalı təmin edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri