16 
Mar
2019
13:43
133
45
4193
Virtual karabakh

“Səbail” dünya ulduzu ilə bağladığı müqavilənin müddətini açıqladı

16 Mar, 2019
13:43
4193

“Səbail” dünya ulduzu ilə bağladığı müqavilənin müddətini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin “Çelsi”, İspaniyanın “Real” və İtaliyanın “Milan” klublarının sabiq futbolçusu Maykl Esyenin Azərbaycanın “Səbail” komandası ilə bağladığı müqavilənin müddəti bilinib.

Oxu.Az-ın məlumatına görə, qanalı mərkəz yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə bağlanılıb. Bu barədə saytımıza məlumatı “Səbail”in icraçı direktoru Ramin Həsənov verib:

“Onunla artıq ilyarımlıq müqavilə bağlanılıb. O, həmçinin klubumuzda 19 yaşadək komandada məşqçi işləyəcək. U-19-un baş məşqçisi Ruslan Qafitullinlə bir yerdə çalışacaq. Onun məşqçi kimi B kateqoriyası var. Əvvəl “Çelsi”nin 23 yaşadək komandasında qeyri-rəsmi də olsa, məşqçi kimi çalışıb”.

Qeyd edək ki, bu gün onun oynayan məşqçi kimi “Səbail”lə müqavilə bağlayacağını bildirmişdik.  

Səbuhi MUSAYEV 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri