16 
Mar
2019
14:25
228
46
5537
yuxarı
“Qarabağ”ın “qaqa”sı Azərbaycanı tərk edərək ABŞ-a getdi
16 Mar, 2019
14:25
5537
228
46
“Qarabağ”ın “qaqa”sı Azərbaycanı tərk edərək ABŞ-a getdi
“Qarabağ”ın futbolçusu Ansi Aqolli komandadan ayrılıb.
Oxu.Az-ın xəbərinə görə, 36 yaşlı futbolçu dünən “Səbail”lə görüşdə sonuncu dəfə oyun protokolunda olub.
Sol cinah müdafiəçisi olan, Ağdam komandasında “qaqa” ləqəbi ilə tanınan futbolçu bu gün səhər Azərbaycanı tərk edərək həyat yoldaşının yaşadığı ABŞ-a gedib. O, orada “Nyu York Kosmos” klubunda karyerasını davam etdirəcək.
Qeyd edək ki, Albaniya millisinin kapitanı da olmuş Ansi Aqolli 2010-cu ildən “Qarabağ”da çıxış edirdi. Aqolli doqquz il ərzində Ağdam klubu ilə dördqat Azərbaycan çempionu olub, dörd dəfə isə ölkə kuboku qazanıb. O, haitili Donald Qeryenin müdafiədə oynadılmasından sonra daha çox ehtiyatda qalırdı.
Səbuhi MUSAYEV
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər İdman xəbərləri
19 
Apr
2024
18:44
Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib - YENİLƏNİB + VİDEO
97
12
1590
19 
Apr
2024
15:40
“Neftçi”nin isveçli funksioneri: “Prinsipimiz futbolçuları canlı görməkdir”
7
38
521