17 
Mar
2019
23:53
116
28
3292
Virtual karabakh

“Liverpul” Londonda qalib gəlib yenidən birinciliyə yiyələndi - VİDEO

17 Mar, 2019
23:53
3292

“Liverpul” Londonda qalib gəlib yenidən birinciliyə yiyələndi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə İngiltərə Premyer Liqasında XXXI turun növbəti oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, çempionatın favoritlərindən olan “Liverpul” Londonda “Fulhem” komandasını məğlub edib. 

Hesab matçın 26-ci dəqiqəsində  açılıb. Seneqallı Sadio Mane braziliyalı Roberto Firminonun ötürməsindən sonra qapıya dəqiq zərbə endirib - 1:0. 

Qarşılaşmanın ikinci hissəsində hollandiyalı Rayan Babel hesabı bərabərləşdirib - 1:1.

Matçın bitməsinə yeddi dəqiqə qalmış “Liverpul” hesabda yenidən önə keçib. Hakimin cərimə meydançasında qayda pozuntusuna görə təyin etdiyi 11 metrlik cərimə zərbəsini Ceyms Milner dəqiq zərbə ilə tamamlayıb - 2:1. Görüş bu hesabla da başa çatıb.

31 oyunda 78 xal toplayan “Liverpul” bununla da turnir cədvəlinin birinci pilləsinə yenidən qayıdıb.

Qeyd edək ki, onun əsas rəqibi “Mançester Siti” bu tur kubok matçına görə oynamayıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri