18 
Mar
2019
02:13
151
66
6576
Virtual karabakh

Messi het-trik etdi, “Barselona” qisasını aldı - VİDEO

18 Mar, 2019
02:13
6576

Messi het-trik etdi, “Barselona” qisasını aldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniya La Liqasında XXVIII tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, turnir cədvəlinin lideri “Barselona” ilk dövrədə öz meydanında 3:4 hesabı ilə yenildiyi “Betis”lə bu dəfə səfərdə – Sevilyada qarşılaşıb.

Kataloniya təmsilçisi Əndəlus klubundan qisasını artıqlamasıyla alıb. Belə ki, “Barselona” ulduz futbolçusu Lionel Messinin het-trik etdiyi matçda meydan sahiblərini böyük hesabla məğlub edib – 4:1.

Bununla da “Barselona”nın ən yaxın izləyicisi olan “Atletiko” ilə arasındakı xal fərqi 10-a çatıb.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri