18 
Mar
2019
11:40
16
104
2868
Virtual karabakh

Millimiz Xorvatiya ilə oyun öncəsi ilk itkisini verdi

18 Mar, 2019
11:40
2868

Millimiz Xorvatiya ilə oyun öncəsi ilk itkisini verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqrebdə Xorvatiya, dörd gün sonra isə Bakıda Litva yığması ilə yoldaşlıq oyununda qarşılaşacaq Azərbaycan millisi zədə ilə üzləşib.

Oxu.Az xəbər verir ki, qeyd olunmuş görüşlər üçün açıqlanmış heyətdə dəyişiklik baş verib. 

“Sumqayıt” klubunun üzvü Aleksey İsayev zədələndiyi üçün millinin heyətindən çıxarılıb. 23 yaşlı Rusiya doğumlu yarımmüdafiəçinin yerinə yeni oyunçu götürülməyib.

“Zenit”in sabiq futbolçusuna millidə debüt etmək şansı qismət olmayıb.

Bununla da millimizin heyətindəki futbolçuların sayı 22-yə düşüb.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri