19 
Mar
2019
13:11
38
160
4994
Virtual karabakh

Əfran İsmayılov əməliyyat olundu - FOTO

19 Mar, 2019
13:11
4994

Əfran İsmayılov əməliyyat olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sumqayıt” Futbol Klubunun yarımmüdafiəçisi Əfran İsmayılov əməliyyat olunub.

Oxu.Az xəbər verir ki, o, ötən tur “Sabah”la qarşılaşmada aldığı zədədən sonra Türkiyənin paytaxtı Ankaradakı “Acıbadem” klinikasında Türkiyənin məşhur həkimi Mehmet Binnet tərəfindən əməliyyat edilib.

Menisk nahiyəsindən baş tutan əməliyyat uğurla keçib. İlkin məlumata əsasən, Əfran İsmayılov üç həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, millimizə də çağırılan Əfran İsmayılov daha çox “Qarabağ”dakı çıxışları ilə məşhurlaşıb. O, ötən mövsüm çempion Ağdam klubundan ayrılıb. 30 yaşlı hücumameyilli yarımmüdafiəçi cari mövsümdən hazırda autsayder olan Sumqayıt klubunun heyətində çıxış edir.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri