19 
Mar
2019
15:51
7
123
1745
Virtual karabakh

Federasiya katibi: Hakimlər əleyhimizə qərar verirdi

19 Mar, 2019
15:51
1745

Federasiya katibi: Hakimlər əleyhimizə qərar verirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bizə qarşı Avropa çempionatında haqsızlıq oldu.

Oxu.Az-ın xəbərinə görə, bunu Boks Federasiyasının baş katibi Nağı Səfərov bildirib.

Vladiqafqazda keçirilən 22 yaşadək boksçular arasında çempionatı Azərbaycan millisi bir qızıl və iki bürünc medalla başa vurub. Bununla da yığmamız dördüncü yeri tutub.

“Hakimlər Rusiya, Ukrayna və erməni əsilli İsrail vətəndaşı idi. Eyni hakimlər hər dəfə bizim idmançıların döyüşlərində yer alırdı və bizim əleyhimizə qərar verirdi. Ona görə də əksər görüşlərimizdə 2:3 hesabı qeydə alınırdı.

Artıq AİBA-ya da bu barədə məlumat vermişik. Biz o haqsızlıqları videoya çəkmişik. Erməni əsilli hakimin bizim görüşə salınması doğru qərar deyildi.

Bu haqsızlıq olmasaydı, daha çox medal qazana bilərdik. Ümumilikdə 10 çəkidən yeddisinin qalibi Rusiya boksçuları oldu. Digər qızılı Azərbaycan, Ukrayna və Bolqarıstan qazandı”, - deyə Nağı Səfərov bildirib.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri