24 
Mar
2019
09:19
190
23
11327
Virtual karabakh

Omar Momanidən Ramil Şeydayevin qoluna karikatura - FOTO

24 Mar, 2019
09:19
11327

Omar Momanidən Ramil Şeydayevin qoluna karikatura - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin Xorvatiyaya yığmasının qapısına vurduğu qol məşhur idman karikaturaçısı Omar Momaninin diqqətindən yayınmayıb.

O.Momani Şeydayevin Xorvatiya millisinə vurduğu qolla bağlı karikatura hazırlayıb.

Karikaturada Şeydayevin qol vurduğu an əks olunub, bundan əlavə, Azərbaycan millisinin yeni baş məşqçisi Nikola Yurçeviç və Luka Modriç də daxil olmaqla, üç xorvatiyalı futbolçu göstərilib.

Xatırladaq ki, martın 21-də Avro-2020-nin təsnifat mərhələsi çərçivəsində keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

R.Şeydayev matçın 19-cu dəqiqəsində gözəl zərbə ilə hesabı açıb. Meydan sahiblərinin bərabərlik qolunu oyunun 44-cü dəqiqəsində Borna Barisiç vurub. Görüşün 79-cu dəqiqəsində isə Andrey Kramariç Xorvatiyaya qələbə qazandıran qolu vurub.

E qrupunda yer alan Azərbaycan millisi Avropa çempionatına düşmək üçün Xorvatiya ilə yanaşı, Slovakiya, Uels və Macarıstanla mübarizə aparır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri