24 
Mar
2019
19:01
218
30
3341
Virtual karabakh

Ramil Şeydayev: Ancaq pis oynayan futbolçu müzakirə edilmir

24 Mar, 2019
19:01
3341

Ramil Şeydayev: Ancaq pis oynayan futbolçu müzakirə edilmir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Litvaya qarşı yaxşı oynamaqla bərabər, həm də qələbə qazanmalıyıq. Baş məşqçimiz də toplanışı müsbət ab-havada başa vurmağımız üçün qələbənin vacib olduğunu bildirib. Sabahkı oyunun favoriti bizik və qalib gəlməliyik.

Oxu.Az xəbər verir ki, bunu futbol millimizin hücumçusu Ramil Şeydayev sabah Litva ilə Bakıda baş tutacaq oyun haqda fikirlərini bildirərkən deyib. Ondan Xorvatiyaya vurduğu qolun məşhur futbol karikaturaçısı Omar Momani tərəfindən çəkilməsi barədə fikri öyrənilib:

“Sənin haqda yazırlarsa, danışırlarsa, şəkil çəkirlərsə, bu, normaldır. Deməli, ancaq pis oynayan futbolçu müzakirə edilmir. Buna normal yanaşıram. Düşünmürəm ki, bu, kiməsə mənfi təsir edər”.

O daha sonra Rusiyanın “Krılya Sovetov” klubu ilə mövsümün sonunda başa çatacaq müqaviləsi haqda danışıb:

“Qarşıda hələ 10 oyun var. İndidən bu klubdakı karyeram barədə nəsə deyə bilmərəm. Bəlkə bundan sonra daha çox qol vurdum, bəlkə heç fərqlənə bilmədim. İndi ancaq komandama faydalı olmaq istəyirəm. Hələ ki, yeni təklif üçün nə zəng edən var, nə də mesaj göndərən. Hazırda yığmada yaxşı oynayıb, sonra “Krılya Sovetov”u turnir cədvəlində mümkün qədər yuxarı qaldırmağa çalışacağam”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri