24 
Mar
2019
20:54
51
283
3646
Virtual karabakh

Futbol millilərimiz ərəblərə uduzdu - FOTO

24 Mar, 2019
20:54
3646

Futbol millilərimiz ərəblərə uduzdu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şimali Makedoniyada təşkil olunan UEFA İnkişaf turnirində iştirak edən 2003-2004-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması (U-17) növbəti oyununu keçirib.

Oxu.Az xəbər verir ki, komandamız Səudiyyə Ərəbistanının müvafiq yaş qrupundan ibarət yığmasına 1:2 hesabı ilə məğlub olub. 

Yığmamız artıq ikinci dəqiqədə qapısında qol görüb. İlk hissənin başa çatmasına üç dəqiqə qalmış isə ikinci qolu buraxmışıq. Millimiz yeganə qolu isə 54-cü dəqiqədə vurub.

Bakıda təlim-məşq toplanışında olan 2001-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması (U-19) da ərəblərə uduzub. “Dalğa Arena”da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) müvafiq yaş qrupundan ibarət yığması ilə keçirilən yoxlama oyunu 1:0 hesabı ilə qonaq komandanın xeyrinə başa çatıb.

Xatırladaq ki, martın 22-də U-17 millimiz Gürcüstana 0:2 uduzmuş, U-19 yığmamız isə BƏƏ ilə 1:1 oynamışdı.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri