25 
Mar
2019
09:27
124
18
3805
Virtual karabakh

Yurçeviçin növbəti sınağı: bu dəfə Litvaya qarşı

25 Mar, 2019
09:27
3805

Yurçeviçin növbəti sınağı: bu dəfə Litvaya qarşı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan milli komandası bu gün yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında Litva ilə yoldaşlıq oyunu keçirəcək. 

Oxu.Az xəbər verir ki, “Bakcell Arena”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 18:00-da başlayacaq. 

Bu, Litva ilə yığma komandamız arasındakı üçüncü oyun olacaq. Bundan əvvəlki iki qarşılaşmanın birində Azərbaycan, digərində Litva qalib gəlib. 

Qeyd edək ki, millimiz yeni baş məşqçinin rəhbərliyi altında ilk oyununu Xorvatiyaya qarşı keçirib və 1:2 hesabı ilə məğlub olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri