25 
Mar
2019
10:34
97
30
5413
Virtual karabakh

Luka Modriç Azərbaycanla oyunda çalınan həyəcan zəngindən danışdı

25 Mar, 2019
10:34
5413

Luka Modriç Azərbaycanla oyunda çalınan həyəcan zəngindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Xorvatiya yığma komandasının kapitanı Luka Modruç Avro-2020 turniri çərçivəsində Macarıstanla oyundan sonra bəyan edib ki, komanda əvvəlki nailiyyətlərini unutmalıdır. 

Bununla bağlı Germanijak.hr saytı məlumat yayıb. 

“Səbirli olmaq, cəld oynamaq lazımdır. Çox məyusuq, bu, bizim üçün böyük zərbədir. İlk həyəcan zəngi Azərbaycanla oyunda çalındı, ancaq o zaman biz qələbə qazana bildik. Bu gün isə biz yeni şok yaşadıq. Bu cür oynamağı davam etsək, bizim Avro-2020-nin final mərhələlərinə vəsiqə qazanmağımızda ciddi problemlər olacaq.

Buna görə əvvəlki nailiyyətlərimizi unutmalıyıq. Oyun belədir. Sevinmək və bayram etmək üçün vaxtımız yoxdur. Əgər Avro-2020-yə düşməsək, bu, faciə olacaq”, - o bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri