26 
Mar
2019
02:01
90
47
7477
Virtual karabakh

İngiltərə və Fransa darmadağın etdi, Portuqaliya yenə xal itirdi - VİDEO

26 Mar, 2019
02:01
7477

İngiltərə və Fransa darmadağın etdi, Portuqaliya yenə xal itirdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AVRO-2020-nin seçmə mərhələsində daha altı görüş keçirilib.

Oxu.Az xəbər verir ki, A qrupunda ilk matçına çıxan Kosovo millisi Bolqarıstana məğlub olmayıb – 1:1.

Dünya dördüncüsü İngiltərə yığması isə yenə beş qol vurub. Britaniya təmsilçisi bu dəfə Podqoritsada 0:1 hesabda geri düşdüyü rəqibini darmadağın edib – 5:1. Bununla da ingilislər altı xalla vahid qrup lideri olub.

B qrupunda son Avropa çempionu Portuqaliya öz meydanında yenə qalib gələ bilməyib. Bu dəfə Kriştyanu Ronaldunun lideri olduğu Portuqaliya millisi Serbiyanın müqavimətini qırmağı bacarmayıb – 1:1.

Ukrayna millisi isə Lüksemburqa yalnız son dəqiqə qolu ilə qalib gəlib – 2:1. Həmin qolu isə Lüksemburqun portuqaliyalı hücumçusu Jerson Rodriqeş öz qapısına vurub. Bu qələbə ilə Ukrayna dörd xalla qrupa başçılıq edir.

H qrupunda Albaniya yığması gözlənildiyi kimi Andorranı səfərdə məğlub edib – 3:0.

Bu qrupda Fransa yenə dörd top vuraraq qalib gəlib. Dünya çempionları bu dəfə "Qarabağ"ın futbolçusu Hanes Haldoursonun qapısını qoruduğu İslandiya millisini darmadağına məruz qoyub – 4:0. Fransa millisi Türkiyə ilə birgə altı xalla qrupa şərikli başçılıq edir.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri