30 
Mar
2019
10:04
38
132
1625
Virtual karabakh

İndoneziyalı idmançı Azərbaycanı Avropa Oyunlarında təmsil edəcək

30 Mar, 2019
10:04
1625

İndoneziyalı idmançı Azərbaycanı Avropa Oyunlarında təmsil edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanı təmsil edən indoneziyalı badmintonçu Azmi Kovimuramadhoni 21-30 iyun tarixlərində Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına lisenziya qazanıb. 

Oxu.Az xəbər verir ki, ötən ilin fevralından Dünya Badminton Federasiyası və Avropa Badminton Konfederasiyasının bayrağı altında keçirilən müxtəlif seriyalı turnirlərdə ölkəmizin idman şərəfini qorumağa başlayan Azmi açıqlanan son reytinq siyahısına əsasən bu nailiyyəti əldə edib. 

“Minsk 2019”da badminton üzrə yarışlar 24-30 iyun tarixlərini əhatə edəcək. Oyunlar Minskin 2016-cı ildən istifadəyə verilən “Falkon Klub” arenasında baş tutacaq. Kişilərin şəxsi kateqoriyasında ümumilikdə 32 badmintonçu II Avropa Oyunlarının medalları uğrunda mübarizə aparacaq.

Məlumat üçün bildirək ki, əsası ölkəmizdə qoyulan, 2015-ci ildə Azərbaycanda keçirilən ilk Avropa Oyunlarında badminton idman növündə ölkəmizi kişilərin şəxsi yarışında Kənan Rzayev, qoşa yarışda isə Kənan Rzayev – Orxan Qələndərov tandemi təmsil edib.

Xatırladaq ki, hazırda məşqçi kimi çalışan milli komandamızın sabiq üzvləri təşkilatçı ölkənin təmsilçiləri qismində iki kateqoriya üzrə yarışmaq hüququ qazanmışdı.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri