Apr
2019
14:44
55
157
6776
Virtual karabakh

Makqreqorla Nurməhəmmədov yenə “döyüşdü” - Bu dəfə sözlə

1 Apr, 2019
14:44
6776

Makqreqorla Nurməhəmmədov yenə “döyüşdü” - Bu dəfə sözlə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrlandiyalı döyüşçü Konor Makqreqorla dağıstanlı Həbib Nurməhəmmədovun ulduzu heç cür barışmır.

Oxu.Az xəbər verir ki, Makqreqor karyerasını bitirdiyinə görə, Nurməhəmmədovun ona söz atmasına “Twitter” hesabında belə reaksiya göstərib:

“Sənin pulunu əlindən aldılar, mənimlə döyüşəndə qardaşlarının gözünün altını qaraltdılar, balaca siçan. Tezliklə Las Veqasda böyük parti olacaq, balaca”.

Tezliklə Nurməhəmmədov ona cavab verib:

“Pul gəlib, gedəndir. Amma şərəf yox. Sən şərəfini həmin gecə itirdin və heç vaxt geri qaytara bilməyəcəksən. Sən bununla yaşa. MMA karyeranı bitirməklə “Twitter”də karyerana başlamısan?”

Qeyd edək ki, ötən həftə Konor Makqreqor MMA karyerasını bitirdiyini açıqlayıb.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri