13 
Apr
2019
21:43
1030
51
13315
Virtual karabakh

Azərbaycanlı erməniyə qalib gələrək Avropa üçüncüsü oldu - YENİLƏNİB

13 Apr, 2019
21:43
13315

Azərbaycanlı erməniyə qalib gələrək Avropa üçüncüsü oldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında İslam Abbasov (-87 kq) final görüşünə çıxıb.

Oxu.Az xəbər verir ki, o, dünya və ikiqat Avropa çempionu, Olimpiya Oyunlarının gümüş mükafatçısı Jan Belenyukla qarşılaşıb.

İdmançımız atası ruandalı olan Belenyuka 1:5 hesabı ilə yenilərək gümüş medalla kifayətlənib. Bununla da İslam Abbasov böyüklər arasında ilk mükafatını qazanıb.

20:43

Yunan-Roma güləşçimiz Taleh Məmmədov (-63 kq) Buxarestdə keçirilən Avropa çempionatında uğur qazanıb. 

Oxu.Az xəbər verir ki, bürünc mükafat uğrunda görüşdə T. Məmmədov erməni Slavik Qalstyana qalib gəlib – 6:2. 

Bu, T. Məmmədovun böyüklər arasında Avropa çempionatında ilk medalıdır.

19:42

Dünya və Avropa çempionu, yunan-Roma güləşçimiz Eldəniz Əzizli (-55 kq) Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Oxu.Az xəbər verir ki, bürünc mükafat uğrunda mübarizədə o, türkiyəli Şərif Kılıca qalib gəlib – 8:0.

15:07

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında daha bir idmançımız erməni rəqibini məğlub edib.

Oxu.Az xəbər verir ki, yunan-Roma güləşçimiz Orxan Nuriyev (-97 kq) mübarizəyə start verib.

O, 1/8 finalda Artur Şahinyanla (Ermənistan) qarşılaşıb. İdmançımız ötən Avropa çempionatının bürünc mükafatçısı üzərində inamlı qələbə qazanaraq (3:0) 1/4 finala vəsiqə qazanıb.

Xatırladaq ki, bu gün Bakı vaxtı ilə saat 19:00-dan etibarən Taleh Məmmədov (-63 kq) bürünc medal uğrunda görüşdə Slavik Qalstyanla qarşılaşacaq.

Qeyd edək ki, bundan əvvəl Hacı Əliyev, Ağahüseyn Mustafayev və  İslam Abbasov erməni idmançıları məğlub ediblər. 

13:40

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı (AÇ) davam edir.

Oxu.Az xəbər verir ki, bu gün yunan-Roma güləşçilərimizdən Murad Məmmədov (-60 kq), Kamran Məmmədov (-67 kq), Ülvi Qənizadə (-72 kq), Rafiq Hüseynov (-82 kq) və Orxan Nuriyev (-97 kq) mübarizəyə start verir.

İlk dörd idmançımızın rəqibləri artıq bəllidir. Yalnız Orxan Nuriyevin rəqibi bilinmir. O, 1/8 finalda Artur Şahinyan (Ermənistan) – Pontus Yuhan Lund (İsveç) cütünün qalibi ilə görüşəcək.

Bu gün həmçinin Bakı vaxtı ilə saat 19:00-da dünən mübarizəyə qoşulmuş üç idmançımız medal uğrunda mübarizə aparacaq. Bunlar dünya və Avropa çempionumuz Eldəniz Əzizli (-55 kq), Taleh Məmmədov (-63 kq) və İslam Abbasovdur (-87 kq). İlk iki idmançımız bürünc, İslam Abbasov isə qızıl medal görüşünə çıxacaq. Bunlardan Taleh Məmmədovun görüşü prinsipial olacaq. Belə ki, o, bürünc medal üçün Slavik Qalstyanı məğlub etməlidir.

Bundan başqa, bu gün təsəlliverici görüşlərə iki idmançımız qatılıb. Onlardan Elvin Mürsəliyev (-77 kq) dünya və Avropa çempionu olmuş erməni Arsen Culfalakyana minimal fərqlə (1:2) uduzmaqla bürünc medal qazanmaq şansını itirib.

İran azərbaycanlısı olan güləşçimiz Sabah Şəriəti (130 kq) 1/8 finalda üçqat dünya, yeddiqat Avropa çempionu Rza Kayaalpa uduzsa da (0:5), tanınmış rəqibinin finala yüksəlməsi ilə onun da bürünc medal qazanmaq şansı yaranıb. Şəriəti ilk təsəlliverici görüşdə çətinlik çəkmədən Ante Milkoviçi (Xorvatiya) 10:2 hesabı ilə yenərək mübarizədən kənarlaşdırıb.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri