16 
Apr
2019
20:45
60
197
3466
Virtual karabakh

ABŞ vətəndaşını döyən azərbaycanlı futbolçu yenidən xərcə düşəcək

16 Apr, 2019
20:45
3466

ABŞ vətəndaşını döyən azərbaycanlı futbolçu yenidən xərcə düşəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın“Spartak” klubunda çıxış edən azərbaycanlı futbolçu döydüyü şəxsə şikayətini geri götürmək üçün 155 min rubl ödəyib.

Sovsport.ru xəbər verir ki, zərərçəkmiş ABŞ vətəndaşı Maykl  Eli xəstəxanada müayinə olunmaq üçün yenidən futbolçudan böyük məbləğ tələb etmək niyyətindədir.

Xatırladaq ki, “Spartak”  futbol klubunun yarımmüdafiəçisi Ayaz Quliyev aprelin 11-də Moskvada ABŞ vətəndaşı Maykl Elini döyüb.

İnsident Ayaz Quliyevin işıqforun qırmızı işığına məhəl qoymadan yolu keçməsi ilə başlayıb.

O yolu keçən piyadanı vurub. Futbolçu avtomobildən çıxaraq dava etməyə başlayıb. Ayaz Quliyev amerikalının burnunu sındırıb. Hadisə yerinə polislər cəlb olunub.

Polis şöbəsində Maykl Eli şikayətçi olmadığını bildirib. Ayaz Quliyev üzr istəyib və həkim xərclərini ödəməyi təklif edib. Ona qarşı İnzibati Xətalar məcəlləsinə uyğun olaraq cərimə tətbiq edilib.

Ayaz Quliyev ABŞ vətəndaşı Maykl Elinin burnunu sındırdığı üçün “Spartak” klubu tərəfindən cəzalandırılıb.O, beş milyon rubl məbləğində cərimələnib. Bu pul onun maaşından tutulacaq.Bundan başqa, futbolçu əsas komandadan da kənarlaşdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri