17 
Apr
2019
09:35
27
39
2335
Virtual karabakh

“Mançester Siti” Çempionlar Liqasında mərhələ adlaya biləcəkmi? - PREVYU

17 Apr, 2019
09:35
2335

“Mançester Siti” Çempionlar Liqasında mərhələ adlaya biləcəkmi? - PREVYU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Çempionlar Liqasında 1/4 finalın digər iki cavab oyunu keçiriləcək.

Oxu.Az xəbər verir ki, görüşlər Portuqaliyanın Portu və İngiltərənin Mançester şəhərlərində baş tutacaq.

23:00 “Portu” – “Liverpul”

“İştadyu du Draqau”. Baş hakim: Dani Makeli (Hollandiya). 

İlk oyun: 0:2

Hər iki komanda ölkəsində çempionluq mübarizəsi aparır. Ancaq komandalar ikinci cəbhədə də mübarizədən qopmaq istəmir. Düzdür, ilk oyunun nəticəsinə görə, “Liverpul” daha üstün tərəfdir. Ancaq “Ayaks” sensasiyası bizi tələsməməyə çağırır.

Komandaların heyətində ciddi itki gözə dəymir. Yalnız “Portu”da “Beşiktaş”dan tanıdığımız kamerunlu hücumçu Vinsen Abubakar dizindəki zədə üzündən yenə oynaya bilməyəcək.

23:00 “Mançester Siti” – “Totenhem”

“Ettihad Stadium”. Baş hakim: Cüneyt Çakır (Türkiyə)

İlk oyun: 0:1

Burda da qonaqlar səfərə sərfəli hesabla gəlir. Ümumiyyətlə, nəticədən asılı olmayaraq, iki İngiltərə klubunun oyunu maraq doğurur. Lakin oyunun London klubu üçün heç də asan baş tutmayacağı dəqiqdir.

Çünki “Totenhem” əsas hücumçusu Hari Keyni ötən matçda itirib. O, artıq topuğundan aldığı zədəyə görə cari mövsümü erkən başa vurub. Bu səbəbdən start heyətdə ötən tur het-trik etmiş braziliyalı Lukas Mouranın oynayacağı gözlənilir.

“Mançester Siti” ilə ötən matçda zədələnmiş digər aparıcı futbolçu Deli Ali isə biləyindən zədəlidir. Onun oynaması sual altındadır. Bundan başqa, Erik Dayer, hollandiyalı Vinsent Yansen və argentinalı Erik Lamelanın “şəhərlilər”ə qarşı oynamayacağı dəqiqdir. “Siti”də isə dəqiq olan çilili qapıçı Klaudio Bravonun zədə səbəbindən heyətdə yer almayacağıdır.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri