18 
Apr
2019
01:09
164
24
7982
Virtual karabakh

“Liverpul” və “Tottenhem” Çempionlar Liqasının yarımfinalında - VİDEO

18 Apr, 2019
01:09
7982

“Liverpul” və “Tottenhem” Çempionlar Liqasının yarımfinalında - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Oxu.Az xəbər verir ki, cavab oyunları çərçivəsində son iki matç keçirilib.

İngiltərədə “Mançester Siti” ilə “Tottenhem”in dueli yeddi qolla nəticələnib. Qarşılaşmada mançesterlilər qalib gəlsələr də, yarımfinala London klubu adlayıb. Onu da qeyd edək ki, London klubu tarixində ilk dəfə 1/2 finala vəsiqə qazanıb.

İngiltərənin digər təmsilçisi “Liverpul” da yarımfinala yüksəlib. Ötən həftə evdə “Portu”nu məğlub edən komanda Portuqaliyada da qələbə qazanıb.

1/4 final mərhələsinin cavab oyunları başa çatdıqdan sonra yarımfinal cütləri müəyyənləşib. Finalın bir addımlığında “Tottenhem” – “Ayaks” və “Barselona” – “Liverpul” cütləri üz-üzə gələcək. Bu raundun ilk oyunları aprelin 30-da və mayın 1-də, cavab görüşləri mayın 7-8-də baş tutacaq.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri