19 
Apr
2019
15:24
32
375
2910
Virtual karabakh

Bakıda “Formula-1” pilotlarını rəqqasələr müşayiət edəcək

19 Apr, 2019
15:24
2910

Bakıda “Formula-1” pilotlarını rəqqasələr müşayiət edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda keçiriləcək “Formula-1” yarışından öncə sürücülərin paradı keçiriləcək.

Oxu.Az-ın xəbərinə görə, iştirakçı olan pilotlar yarış günü - aprelin 28-də xüsusi xalça üzərində yürüş edəcək.

Xalça üzərində 1001 rəqəmi yazılacaq. Bu isə Azərbaycan Qran-Prisinin 1001-ci yarış olması ilə əlaqədardır.

Onları 25 rəqqasə müşayiət edəcək.

Bundan başqa, Azərbaycan Respublikasının himni yenə qeyri-adi şəkildə səsləndiriləcək. Belə ki, himn Bəyimxanım Vəliyeva və Nurlan Növrəsli tərəfindən oxunacaq.

Himn tar, nağara, violançel və timpani alətləri vasitəsilə çalınacaq.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri