21 
Apr
2019
20:25
169
33
4411
Virtual karabakh

“Everton” “Mançester Yunayted”i darmadağın etdi - VİDEO

21 Apr, 2019
20:25
4411

“Everton” “Mançester Yunayted”i darmadağın etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 21-də futbol üzrə İngiltərə Premyer Liqasında 35-ci turun növbəti oyunu keçirilib.

 “Everton” öz meydanında “Mançester Yunayted” klubunu qəbul edib. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandaya qol sevincini Ricarlison (13), Qilfi Siqurdsson (28), Luka Din (56) və Teo Volkot (56) yaşadıb.

Bu qələbə sayəsində “Everton” 49 xalla 9-cu, “Mançester Yunayted” isə 64 xalla 6-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, “Mançester Yunayted” Ule Qunnar Sulşerin rəhbərliyi altında İngiltərə çempionatında ilk dəfə  böyük hesablı məğlubiyyətlə üzləşib. 

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri