22 
Apr
2019
09:42
45
182
5287
Virtual karabakh

Daha bir döyüşçü Həbibə meydan oxudu

22 Apr, 2019
09:42
5287

Daha bir döyüşçü Həbibə meydan oxudu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı qarışıq əlbəyaxa idman növləri ustası Castin Qetci yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovla potensial döyüş barədə danışıb.

Bu barədə “Sovetskiy Sport” yazır.

“Mənim başlıca məqsədim – Həbib Nurməhəmmədovdur. Başqalarına tətbiq etdiyi teykdaunlar, mənimlə keçməyəcək. Demirəm ki, yüz faiz Nurməhəmmədovu məğlub edəcəyəm. Ancaq onu dəqiq deyə bilərəm ki, Həbibin teykdaunlarından istənilən döyüşçüdən daha yaxşı müdafiə olunacağam.

Üstəlik, mən klinç vəziyyətində daha təhlükəli olacağam, diz və apperkot zərbələrdən istifadə edəcəyəm. Həbib öz döyüşçülərini taqətdən salır, ancaq o mənə başqaları kimi nəzarət edə bilməyəcək”, - deyə amerikalı döyüşçü bildirib.  

Qeyd edək ki, Nurməhəmmədov 2018-ci ilin oktyabr ayında Konor Makqreqorla Las-Veqasda keçirdiyi döyüşdən sonra düşən kütləvi dava ilə əlaqədar doqquz aylıq diskvalifikasiya olunub.

Növbəti döyüşünü sentyabr ayından tez keçirə bilməz. Artıq ilk rəqibi də bəllidir. Bu, Dastin Poryedir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri