24 
Apr
2019
10:20
27
166
3241
Virtual karabakh

“Uber” sürücüsü maşınla UFC döyüşçüsünün üstündən keçdi

24 Apr, 2019
10:20
3241

“Uber” sürücüsü maşınla UFC döyüşçüsünün üstündən keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliyalı MMA döyüşçüsü Rodriqo de Lima “Uber” sürücüsü ilə mübahisədən sonra öldürülüb.

Bu barədə “USA Today” məlumat yayıb.

UFC turnirlərində çıxışları ilə məşhurlaşan idmançının 28 yaşı var idi. 

Onun dostlarının sözlərinə görə, de Limanın “Uber” sürücüsü ilə mübahisəsi olub. Mübahisə zamanı taksi sürücüsü qəsdən döyüşçünün üzərindən maşınla keçib.

Yerli hüquq-mühafizə orqanları sürücünün kimliyini müəyyən ediblər, lakin o, hələ saxlanılmayıb.

Qeyd edək ki, Rodriqo de Lima sonuncu dəfə oktaqona “Shooto Brazil 85” turniri çərçivəsində çıxıb. De Lima ilk raundda qələbə qazanıb. 

2014-2015-ci illərdə braziliyalı iki dəfə UFC-də çıxış edib. De Lima hər iki döyüşü uduzub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri