May
2019
01:00
220
22
10123
Virtual karabakh

Hakimin qarnı ağrıdı, oyunun ortasında tualetə getdi - VİDEO

1 May, 2019
01:00
10123

Hakimin qarnı ağrıdı, oyunun ortasında tualetə getdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Portuqaliya çempionatının XXXI turunda autsayderlərdən sayılan “Şaviş” və “Nasional” komandaları arasında keçirilmiş görüşdə maraqlı hadisə baş verib.

Oxu.Az xəbər verir ki, 56-cı dəqiqədə baş hakim Luiş Qodinyu matçı saxlayıb.

Buna səbəb onun köməkçisi Jorje Kruzun qarnının ağrıması olub. Laynsman hakimlər briqadasının paltardəyişmə otağının açarını alaraq tualetə gedib.

Onun qayıtması təxminən iki dəqiqə çəkib. Yan xətt hakimi meydançaya daxil olarkən klub həkimlərindən birindən qarınağrısı dərmanı almağı da unutmayıb.

Daha bir gülməli hadisə isə baş hakimin köməkçisinə zarafatla qırmızı vərəqə göstərməsi olub.

Qeyd edək ki, bu matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri