May
2019
10:05
22
506
10201
Virtual karabakh

Kasilyas infarkt keçirdi: futbolla vidalaşır - YENİLƏNİB + FOTO

2 May, 2019
10:05
10201

Kasilyas infarkt keçirdi: futbolla vidalaşır - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliyanın “Portu” klubunun qapıçısı İker Kasilyas futbol karyerası ilə vidalaşmalı olacaq. 

“AS” portuqal idman nəşrinin yazdığına görə, həkim-kardioloq Xuan Antonio Korbalan belə bir nəticəyə gəlib. 

Həkimin dediyinə görə, futbolçunun koronar stentlə meydana çıxması mümkünsüzdür. 

“İker normal həyat sürsə də, artıq peşəkar səviyyədə idmanla məşğul ola bilməyəcək”, - deyə kardioloq diqqətə çatdırıb. 

Futbolçu bundan əvvəl “Twitter” səhifəsində vəziyyətinin sabitləşdiyini və özünü normal hiss etdiyini yazıb.

01:00

Portuqaliyada “Portu”nun şərəfini qoruyan təcrübəli qolkiper İker Kasilyas ürəktutması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 Qolkiper  məşq zamanı özünü pis hiss edib və təcili xəstəxanaya yerləşdirilib. Onun əməliyyat olunduğu bildirilib.

 Hazırda durumu sabit olan 37 yaşlı İ.Kasilyas sağlamlığı ilə bağlı mövsümü başa vurub.

Qeyd edək ki,  ispaniyalı qapıçı 3 dəfə Çempionlar Liqasının, 5 dəfə İspaniya çempionatının qalibi olub. O, millinin heyətində bir dəfə dünya, iki dəfə Avropa çempionu tituluna yiyələnib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri