12 
May
2019
17:57
95
45
5190
Virtual karabakh

XİN: Britaniya XİN-in Azərbaycana aid səyahət tövsiyələri təəccüb doğurur

12 May, 2019
17:57
5190

XİN: Britaniya XİN-in Azərbaycana aid səyahət tövsiyələri təəccüb doğurur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Avropa Liqasının 29 mayda Bakıda keçiriləcək final oyunu ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyinin Azərbaycana aid səyahət tövsiyələri anlaşılan deyil və təəccüb doğurur.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın şərhində bildirilir.

XİN rəsmisi qeyd edib ki, Azərbaycanda təhlükəsizlik və sabitlik tam şəkildə təmin olunub: 

“Azərbaycan çoxsaylı mötəbər beynəlxalq tədbirlərə, o cümlədən beynəlxalq miqyaslı idman yarışlarına ev sahibliyi edir. Bu sırada Birinci Avropa oyunları, Dördüncü İslam Həmrəylik Oyunları, illik əsasda keçirilən Formula 1 Bakı Qran Prisi və UEFA Çempionlar Liqası çərçivəsində 2017-ci ildə “Qarabağ” – “Çelsi” futbol oyunu qeyd oluna bilər. Bu idman yarışlarını izləmək məqsədilə ölkəmizə gələn çoxsaylı əcnəbi ölkə vətəndaşları Azərbaycanda ictimai asayişin təmin olunması, mövcud olan sabitlik və təhlükəsizlik mühiti və bu kimi böyük miqyaslı idman tədbirlərinin təşkilatçılığından məmnun qalıblar. Azərbaycan, həmçinin turizm ölkəsidir və hər il ölkəmizə çoxsaylı əcnəbi turistlər səfər edir. Ölkəmizin malik olduğu digər müsbət xüsusiyyətləri ilə bərabər Azərbaycanda hökm sürən əmin-amanlıq, sabitlik və təhlükəsizlik əcnəbi turistləri cəlb edən vacib amillər sırasındadır”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri