14 
May
2019
11:01
26
79
1661
Virtual karabakh

Elxan Məmmədov: 24 ayda UEFA-dan ciddi irad eşitməmişik

14 May, 2019
11:01
1661

Elxan Məmmədov: 24 ayda UEFA-dan ciddi irad eşitməmişik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mütəmadi olaraq UEFA nümayəndələri rübdə bir dəfə Bakıya gələrək, təhlükəsizlik, infrastruktur, hava limanı, mehmanxanalar və başqa məsələlərdə yoxlanış keçirirdilər. Yoxlanışlar zamanı böyük problemlər olmadı. 24 ayda biz böyük irad eşitmədik, ciddi problem yaşamadıq.

Bu fikirləri İTV-nin canlı efirində Bakıda keçiriləcək Avropa Liqasının final oyunu barədə danışarkən AFFA-nın baş katibi Elxan Məmmədov deyib. 

“Çünki dövlət qurumları da, bizim əməliyyat qrupumuz da anlayır ki, bu, tək bizim ölkə üçün deyil, bütün bölgə üçün böyük futbol bayramı olacaq. Bilet satışından görürük ki, bütün dünya bu oyuna çox diqqətlə yanaşır.

Mart ayında UEFA tərəfindən onlayn formada ilk satış başladı. İki həftə ərzində 20 mindən çox bilet satıldı. Bu biletlərin hamısı 100-dən çox ölkə vətəndaşları tərəfindən alınıb. Onu da xatırladım ki, martda finalda kimlərin oynayacağı məlum deyildi. 

Bu, o deməkdir ki, bunlar futbol azarkeşləridir və Bakı şəhərini görmək istəyən şəxslərdir. Finalda oynayacaq klublar məlum olduqdan sonra biletlər klublara tədqim edilib və fiziki satış Bakıda da həyata keçirilir. Azərbaycanda azarkeşlərimiz və ictimaiyyətimiz bu oyunu səbirsizliklə gözləyir. 

Ola bilər ki, tarixdə ilk dəfə olaraq, Avropa Liqasının finalının reytinqi Çempionlar Liqasının finalının reytinqindən yüksək olacaq. Təbii ki, “Tottenham” və “Liverpul” çox böyük klublardır, “Arsenal” və “Çelsi” isə daha çox beynəlxalq klublardır və onların beynəlxalq azarkeşləri çoxdur”, - deyə E.Məmmədov əlavə edib.

AFFA rəsmisi əlavə edib ki, finala çıxan komandalar və onların fanklubları çox təcrübəlidirlər, azarkeşlik zamanı aqressiv halların olması da təbiidir:

“Biz buna səbirlə yanaşmalıyıq və hazır olmalıyıq. Buna görə biz səfirliklə birgə görüşlər də keçirmişik.

Klubların nümayəndələri buradadır və klubların təhlükəsizlik xidmətləri də Bakıya gələcəklər. London polisinin nümayəndələri də burada olacaq. Çünki onlar ildə bir neçə dəfə bu klubların görüşündə təhlükəsizliyi təmin edirlər. Onların problem yaradan azarkeşlərlə bağlı təcrübəsi var”. 

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri