14 
May
2019
11:09
175
51
7802
Virtual karabakh

“Avropa Liqası”nın “qara bazar” işinə DTX də qarışdı

14 May, 2019
11:09
7802

“Avropa Liqası”nın “qara bazar” işinə DTX də qarışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycandan “Avropa Liqası”nın finalına onlayn formada beş min bilet alınıb. Ölkəmizə fiziki satış üçün 10 min bilet təqdim olunub və bu satış mayın 1-dən başlanıb. Onların əksəriyyəti artıq satılıb. Bileti alan zaman insanlar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər. Hər bir bilet şəxsiyyət vəsiqəsinə bağlıdır. 

Bu fikirləri İTV-nin canlı efirində Bakıda keçiriləcək Avropa Liqasının final oyunu barədə danışarkən AFFA-nın baş katibi Elxan Məmmədov deyib. 

“Dövlət Təhlükəsizlik Xidməti ilə “qara bazar”ın qarşısını almaq üçün işlər görülür. Onlayn formada alınan bilet isə azarkeşin telefonuna göndəriləcək. Həmin şəxslər stadiona yaxınlaşaraq, “Bluetooth” funksiyasını aktivləşdirərək, bileti əldə edə bilər. 

Ona görə də onlayn formada alınan biletlər “qara bazar”da satışa çıxarıla bilməz. Texniki cəhətdən bu mümkün deyil. Stadionda quraşdırılan xüsusi aparat vasitəsilə “Bluetooth” funksiyası aktivləşən zaman həmin telefona göndəriləcək və azarkeş bunun köməyilə stadiona daxil ola biləcək. 

Fiziki satış zamanı “qara bazar” hansısa yollarla bilet əldə edə bilər, ancaq təhlükəsizlik xidmətləri bunun qarşısını alacaqlar. Hazırda bununla bağlı işlər gedir. 

İki min əlavə bilet satışa çıxarılacaq. 20 min bilet UEFA tərəfindən bu qurumun nümayəndələrinə, sponsorlara, müxtəlif futbol federasiyalarına təqdim edilib. Hər bir kluba altı min bilet verilir. Klublar əlavə bilet ehtiyac olduğu təqdirdə bunun üçün UEFA-ya müraciət edə bilərlər. Müraciətdən sonra bu say altı mindən 8-10 minə qaldırıla bilər”. 

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri