14 
May
2019
22:00
114
52
3907
Virtual karabakh

Bakıdakı turnirin qalibi: Bakı Britaniya KİV-də deyildiyi kimi deyil

14 May, 2019
22:00
3907

Bakıdakı turnirin qalibi: Bakı Britaniya KİV-də deyildiyi kimi deyil

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yarışın qalibi oldum. Bakıdakı Qran-Pri turniri yüksək səviyyədə təşkil olunub. 

Bunu Oxu.Az-a açıqlamasında Bakıda keçirilən paracüdo üzrə Qran-Pri turnirində qızıl medal qazanan iranlı Vahid Nuri söyləyib. 

90 kq çəki dərəcəsində finalda Azərbaycan təmsilçisi Rövşən Səfərovu məğlub edən idmançı Tokio 2020 Yay Paralimpiya Oyunlarında iştirak etmək istədiyini deyib: 

“Bir aydan çoxdur ki, Bakıdakı yarışa hazırlaşırdıq. İnanıram ki, bundan sonra da yaxşı nəticələr əldə edəcəyəm. Olimpiadada çıxış etmək niyyətindəyəm”. 

Vahid Nuri Bakı haqqında da xoş fikirlər söyləyib: 

“Şəhəri gəzdik. Bura xoşumuza gəlir. Bakının təhlükəsizliyi çox yaxşıdır. Burada heç bir narahatçılığımız olmadı. Bakını bəyənirik. Britaniya mətbuatında deyildiyi kimi, Bakı təhlükəli şəhər deyil. Özümü burda İrandakı kimi hiss etdim”.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri