15 
May
2019
10:17
79
27
3947
Virtual karabakh

Luiş Fiqu Avropa Liqasının könüllülərinə müraciət etdi - VİDEO

15 May, 2019
10:17
3947

Luiş Fiqu Avropa Liqasının könüllülərinə müraciət etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliyalı sabiq ulduz futbolçu Luiş Fiqu UEFA Avropa Liqasının könüllülərinə müraciət edib. 

AFFA-dan verilən məlumata görə, Könüllülər Proqramına qoşulan iştirakçıları salamlayan futbolçu bu möhtəşəm tədbirin bir hissəsi olduqları üçün onlara təşəkkür edib

“Əminəm ki, Bakıda keçiriləcək unudulmaz final oyununa hazırsınız. Bizimlə birlikdə çalışacağınız bu futbol macərasında hər birinizə uğurlar arzulayıram”.

Xatırladaq ki, UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Könüllülər Proqramına müraciət mərhələsində rekord göstərici qeydə alınıb. Dekabrın 13-dən yanvarın 31-dək davam edən qeydiyyat prosesində 3000-dən çox könüllünün qeydiyyatdan keçməsilə UEFA Avropa Liqasının, eləcə də, UEFA klub yarışlarının finalı tarixində ilkə imza atılıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri