17 
May
2019
13:33
328
25
3044
Virtual karabakh

Rəsul Çunayev: Sosial şəbəkələrdən uzaqlaşdım

17 May, 2019
13:33
3044

Rəsul Çunayev: Sosial şəbəkələrdən uzaqlaşdım

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yunan-Roma güləşi üzrə dünya çempionumuz, Avropa Oyunlarının qalibi Rəsul Çunayev sosial şəbəkələrdən uzaqlaşıb.

Bu barədə Oxu.Az-a idmançının özü məlumat verib:

“Instagram” və “Facebook”u artıq telefonumdan silmişəm. Profillərimi bağlamasam da, daha artıq onlara girməyəcəyəm, şəkil, video paylaşmayacağam. Dünən baş məşqçimiz Şaban Donatla bu barədə söhbətim oldu.

Söz verdim ki, daha artıq sosial şəbəkələrdəki aktivliyimi dayandıracağam. İndi bütün diqqətimi 2020-ci ildə Tokioda keçiriləcək Olimpiadaya yönəltmişəm. Olimpiadaya vəsiqə qazanmaq üçün isə sentyabrda Qazaxıstanda keçiriləcək dünya çempionatında yaxşı çıxış etməliyəm”.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri