17 
May
2019
14:30
69
187
3589
Virtual karabakh

Kasilyas futboldan getdi

17 May, 2019
14:30
3589

Kasilyas futboldan getdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyalı qapıçı İker Kasilyas 21 illik karyerasını bitirib.

İndependent-in xəbərinə görə, 37 yaşlı futbolçu həkimlərin tövsiyəsinə qulaq asaraq futbolu buraxmaq qərarı verib.

Xatırladaq ki, mayın 1-də İker Kasilyas məşq zamanı infarkt keçirib. Futbolçu “Twitter” səhifəsində vəziyyətinin sabitləşdiyini və özünü normal hiss etdiyini yazsa da, kardioloq peşəkar səviyyədə idmanla məşğul ola bilməyəcəyini demişdi. Ötən həftə isə onun kluba qayıdacağı bildirilirdi.

Qeyd edək ki, ispaniyalı qapıçı üç dəfə Çempionlar Liqasının, beş dəfə İspaniya çempionatının qalibi olub. O, millinin heyətində bir dəfə dünya, iki dəfə Avropa çempionu tituluna yiyələnib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri