17 
May
2019
15:35
36
111
2742
Virtual karabakh

Millimiz Faiq Qarayevə İtaliyadan əvəzləyici tapdı

17 May, 2019
15:35
2742

Millimiz Faiq Qarayevə İtaliyadan əvəzləyici tapdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Volleyball.it saytının məlumatına əsasən, yığmamızın “sükanı arxasına” italiyalı Canni Kaprara keçib. 

Kaprara yeni vəzifədə səhhəti ilə əlaqədar istefa verən Faiq Qarayevi əvəzləyəcək. Onun köməkçisi isə Marçello Çervellin olacaq.

Baş məşqçinin əsas məqsədi avqustun 2-4-də Braziliyada keçiriləcək 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə uğurlu çıxış etməkdir. 

Qeyd edək ki, D qrupunda Azərbaycanın rəqibləri Braziliya, Kamerun və Dominikan Respublikasıdır.

Əldə etdiyimiz məlumata görə, yeni baş məşqçi ilə gələn həftə müqavilə bağlanılacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri