18 
May
2019
07:38
41
410
3724
Virtual karabakh

AFFA Bakıda Mxitaryanın təhlükəsizliyinə zəmanət verib

18 May, 2019
07:38
3724

AFFA Bakıda Mxitaryanın təhlükəsizliyinə zəmanət verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA-nın baş katibi Elxan Məmmədov Londonun “Arsenal” klubunun erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryanı Bakıda mayın 29-da Avropa Liqasının finalında "Çelsi"yə qarşı keçiriləcək oyun zamanı heç bir təhlükə gözləmədiyini bildirib.

Oxu.Az bu barədə "The Telegraph" nəşrinə istinadən məlumat verir.

“Bizim dövlət orqanlarımız UEFA-ya Mxitaryanın Bakıya səfəri ilə bağlı zəmanət veriblər. Təhlükəsizliyin təmin edilməsi ilə bağlı heç bir problem yoxdur. Biz hələ “Arsenal” finala çıxmamışdan öncə UEFA tərəfindən zəmanətin verilməsinə dair sorğu almışdıq. Bizim hakimiyyət Mxitaryanın Bakıya gəlişi ilə üçün lazımi təhlükəsizlik tədbirlərini görüb”, - deyə Məmmədov qeyd edib.

Bir qədər öncə “The Times” bildirmişdi ki, Mxitaryan Avropa Liqasının finalını “təhlükəsizlik baxımından” buraxa bilər.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri