18 
May
2019
10:51
180
50
2439
Virtual karabakh

Slovakiyalı futbolçu: Bakıda özümü həmişə rahat hiss etmişəm

18 May, 2019
10:51
2439

Slovakiyalı futbolçu: Bakıda özümü həmişə rahat hiss etmişəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabiq komandamın sabah Azərbaycan kubokunun finalında “Sumqayıt”a qarşı oynayacağını bilirəm. Ümid edirəm ki, “Qəbələ” qalib gələrək, tarixində ilk dəfə bu titula sahib olacaq. Əslində, ümid etmirəm, buna əminəm.

Bunu Oxu.Az-a 2014/15 mövsümündə “Qəbələ”də oynamış slovakiyalı futbolçu Pavol Farkaş deyib.

Hazırda öz ölkəsinin “Nitra” klubunda çıxış edən 34 yaşlı mərkəz müdafiəçisi Böyük Britaniya KİV-də Azərbaycanla bağlı gedən yazılara da münasibət bildirib:

“Onların yazdığı doğru deyil. “Qəbələ”də oynasam da, matçlardan sonra Bakıya gəlirdik. Mən Azərbaycanda, Bakıda həmişə özümü rahat hiss etmişəm. Sizin şəhərdə heç bir təhlükəyə rast gəlməmişəm. 

Bilirəm ki, UEFA Avropa Liqasının finalı bu ay Bakıda keçiriləcək. Ümidvaram ki, gözəl final olacaq və hamı bu London derbisindən həzz alacaq. Hansı komandanın Bakıda kubok qaldıracağını bilmirəm. Hər ikisi buna qadirdir”.

Azərbaycan Premyer Liqasında “Qəbələ” ilə 15 oyuna iki qol vurmuş Farkaş Slovakiya millisinin iyunun 11-də Bakıdakı oyununa da toxunub:

“Biz qalib gələcəyik. Bilirəm ki, oyun Bakıda keçirildiyindən, bizim üçün çətin keçəcək. Amma bununla belə, biz qələbə qazanacağıq. Hesab proqnozum isə 3:1-dir”.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri