18 
May
2019
16:59
388
25
3569
Virtual karabakh

Tanınmış idmançımız Avropa çempionatında medal qazandı

18 May, 2019
16:59
3569

Tanınmış idmançımız Avropa çempionatında medal qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış idmançımız Bəxtiyar Abbasov İspaniyanın Xixon şəhərində keçirilən sambo üzrə Avropa çempionatında bürünc medal qazanıb.

Oxu.Az-ın xəbərinə görə, 82 kq-da çıxış edən idmançımız döyüş sambosunda bu gün üçüncü yeri tutub.

O, ispaniyalı Luis Alteratsı 8:0, irlandiyalı Dilon Maninqi 10:0 məğlub edərək vaxtından erkən qələbə qazanıb. Bəxtiyar yarımfinalda ukraynalı Vladislav Rudnyevlə görüşdə 2:1 öndə olsa da, görüşün başa çatmasına 23 saniyə qalmış uduzub və bürünc medalla kifayətlənib.

Bundan başqa, dünən 52 kq çəki dərəcəsində Nəsimi Umbayev bürünc medal qazanıb.

Qeyd edək ki, altı nəfərlə mübarizə aparan millimiz idman sambosunda Avropa çempionatına ikinci heyətlə yollanıb. Buna səbəb əsas heyətin gələn ay Minskdə keçiriləcək Avropa Oyunlarına hazırlaşmasıdır. 

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri