19 
May
2019
22:20
398
21
5884
Virtual karabakh

Olimpiya mükafatçımız ardıcıl ikinci dəfə dünya çempionu oldu - FOTO

19 May, 2019
22:20
5884

Olimpiya mükafatçımız ardıcıl ikinci dəfə dünya çempionu oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan taekvondoçusu Milad Beiqi Harçeqani növbəti dəfə dünya çempionu titulunu qazanıb. 

Oxu.Az xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparan idmançımız İngiltərənin Mançester şəhərində keçirilən mundialda bütün rəqiblərini məğlub edib. 

Bir gün öncə dayanq üzərinə çıxan iranlı legionerimiz finaladək ardıcıl olaraq kubalı Xose Komasa (17:4), fransalı İsmael Buzid Suiliyə (19:4), moldovalı Aaron Kuka (40:26) və cənubi koreyalı Vu Hyeok Parka (37:20) qalib gəlib.

O, bu gün baş tutan finalda Apostolos Telikostoğlu (Yunanıstan) ilə döyüşüb. Olimpiya mükafatçımız rəqibinə 22:12 hesabı ilə qalib gələrək, ardıcıl ikinci dəfə dünya çempionatını qızıl medalla bitirib.

Qeyd edək ki, daha öncə Fəridə Əzizova (-67 kq) yığmamıza bürünc medal qazandırıb.

Səbuhi  MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri