22 
May
2019
20:10
801
23
8769
Virtual karabakh

Məsut Özil: Azərbaycanlı qardaşlarım, Bakıda görüşənədək!

22 May, 2019
20:10
8769

Məsut Özil: Azərbaycanlı qardaşlarım, Bakıda görüşənədək!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin “Arsenal” futbol klubunun türk əsilli futbolçusu Məsut Özil şəxsi İntagram hesabında Avropa Liqasının Bakda keçiriləcək final oyunu ilə bağlı paylaşım edib. Müxtəlif illərdə Bakıda çəkdirdiyi fotolardan ibarət kollaj yerləşdirən futbolçu aşağıdakı sözləri yazıb:

“Bakıda keçiriləcək böyük finala 7 gün qaldı. Azərbaycanlı qardaşlarım, biz bunu bacardıq, biz finaldayıq! Bakıda görüşənədək!”.

Qeyd edək ki, bundan əvvəl “Arsenal” komandasının erməni əsilli oyunçusu Henrix Mxitaryan Azərbaycan tərəfinin ən yüksək səviyyədə təhlükəsizlik zəmanətinə baxmayaraq , müxtəlif bəhanələr gətirərək, Bakıya gəlməkdən imtina edib. Azərbaycan tərəfi bu bəhanələrə qarşı dəfələrlə yüksək səviyyədə təhlükəsizliyin təmin ediləcəyini bildirib.

“Biz təəssüflə qeyd edirik ki, Henrix Mxitaryan komandayla birlikdə Avropa Liqasının final oyununda  iştirak etmək üçün Bakıya getməyəcək. Biz Mxitaryanı komandanın heyətinə qəbul etmək üçün bütün yolları araşdırdıq. Lakin bu məsələni onunla və ailə üzvləri ilə müzakirə etdikdən sonra, onun getməməsinə dair birgə qərar verdik. Biz bu barədə UEFA-ya məlumat vermişik ”, - deyə “Arsenal” rəhbərliyinin Mxitaryanın Bakı finalından imtina etməsi barədə bəyanatında bildirib.

Məsələ ilə bağlı Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə “Sky Sport News” nəşrinə verdiyi müsahibədə  Mxitaryanı məsələni siyasiləşdirməməyə və Bakıya gəlib oyununu oynamağa dəvət edib.

“Bu, mötəbər bir idman yarışıdır. Əgər bunun ətrafında siyasi oyunların oynanılması qarşıya məqsəd qoyulubsa, başqa məsələ. Amma sən siyasətçi deyilsən, pulu da sənə top qovmağına görə verirlər, ona görə gəl, bütün qalan məsələləri kənara ataq”, - deyə azərbaycanlı səfir bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri