23 
May
2019
13:12
358
30
12373
Virtual karabakh

Mxitaryan “Twitter”də tənqid atəşinə tutuldu - FOTO

Son günlər dünya futbol ictimaiyyətində “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryan haqqında söz-söhbətlər səngimək bilmir.

Xatırladaq ki, erməni yarımmüdafiəçi təhlükəsizliklə bağlı məsələləri bəhanə gətirərək Avropa Liqasının Bakı finalında iştirak etməməyə qərar verib. Halbuki rəsmi Bakı həm UEFA, həm də “Arsenal” klubuna onun ölkədə olacağı müddətdə tam təhlükəsizliyi ilə bağlı zəmanət vermişdi.

Mxitaryanın bu qərarı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəziləri onu bundan siyasi xeyir güdməkdə ittiham edib, bəziləri bundan əvvəl dəfələrlə Bakıya başqa erməni idmançıların gəldiyini və hər hansı problemin yaşanmadığını xatırladıb.

Məsələn, Cek “nikli” istifadəçi ( @hewson91) H.Mxitaryanın Bakıya səfər etməyəcəyi ilə bağlı bəyanatına belə cavab verib:

“Əgər nə vaxtsa Bakıda olmusansa, onun kifayət qədər təhlükəsiz olduğunu bilməlisən. Bir çox erməni atletlər Bakıya səfər edib, orada idman yarışlarında iştirak ediblər”.

Kanadadan olan Chidi Dibiat adlı istifadəçi (@chidilizo) isə bu qədər səs-küyün meydana gəlməsinin səbəbkarının Mxitaryanın özünün olduğunu hesab edir, belə ki, sonuncunun işğal altında olan Dağlıq Qarabağa səfər etməsini xatırladır.

 “Ancaq hökumət onun təhlükəsizlikdə olduğunu hesab edir”, - deyə kanadalı bildirib.

Uelsdən olan başqa bir istifadəçi Endrü Ceyms (@andrewjames1927) Mxitaryanın yaranmış vəziyyətdən azərbaycanlılara qarşı siyasi təbliğat məqsədləri ilə sui-istifadə etdiyni qeyd edir.

“Avropanın istənilən yeri necə təhlükəsizdirsə, Bakı da elə təhlükəsizdir”, - deyə istifadəçi yazır.

Avstraliyadan olan “Lotus” (@lotus2955) adlı istifadəçi (bu yaxınlarda özü Bakıda olub) Azərbaycan paytaxtının çox təhlükəsiz olduğunu yazır.

“Biz bu gözəl şəhərdə altı gün keçirdik. Bu, mənim il ərzində etdiyim ikinci səfərdir. Çox möhtəşəm məkandır, olduqca təhlükəsiz, son dərəcə təmizdir, insanları da mehribandır” .

Kristofer Okonner adlı istifadəçi də eyni fikri bölüşür. O, Mxitaryanın Bakıya gələcəyi təqdirdə özünü doğma vətəni olan Ermənistandakından daha təhlükəsiz hesab edəcəyini vurğulayıb.  

“Azərbaycan ən təhlükəsiz post-sovet ölkələrindəndir. Bakı hətta ola bilsin insanların tez-tez bıçaqlandığı Londondan təhlükəsizdir. Mikinin öz vətəni – Ermənistan daha az təhlükəsizdir. Mikinin ölkəsindən olan başqa oyunçular Avropa Liqası çərçivəsində Azərbaycanda oynayıb”, -deyə o yazıb.

“Ötən il hər hansı problemlə üzləşmədən Bakıda yarışmış erməni atletlərdən nəyi artıqdır? Onlar özlərini təhlükəsiz hiss edirdilərsə, niyə onun üçün bu mümkünsüz görünür? Axı onu tanınmamış adi atletlərdən daha yüksək səviyyədə qoruyacaqdılar”, - deyə Stiven Qudhend (@SG100953) adlı istifadəçi yazır.

Nigeriyalı istifadəçi Ebie Endrü Okoro (@passionateandy) bəzi istifadəçilərin matçı başqa ölkəyə köçürmək fikrinə cavabında, Bakının təhlükəsiz bir şəhər olduğunu vurğulayıb. O, hər hansı oyunçuya görə final oyununun keçiriləcəyi məkanın dəyişdirilməsinin mümkünsüz olduğunu qeyd edib.

“Gordy” (GordySE1_R26) adlı istifadəçi Mxitaryanın Azərbaycanda tam təhlükəsizlikdə olacağını hesab edir.

“Kim deyəcək ki, o oynaya bilməz? Onun təhlükəsizlikdə olacağına hamı zəmanət verib. Bir çox erməni idmançılar son illər Azərbaycanda (yarışlarda) çıxış ediblər, hər hansı problem yaşanmayıb. Görünür, Bakıda oynamamağa qərar verməsinin şəxsi səbəbləri var”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri