24 
May
2019
16:41
95
47
1572
Virtual karabakh

Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatının açılışı oldu

24 May, 2019
16:41
1572

Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatının açılışı oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatının açılış mərasimi baş tutub.

Oxu.Az xəbər verir ki, açılış mərasimində Avropa Gimnastika Birliyinin prezidenti Fərid Qayıbov çıxış edib.

O, Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə Bakıda ilk dəfə keçirilən bu turnirin yüksək təşkilatçılığına görə təbrik edib.

Bundan sonra Milli Gimnastika Arenasına toplaşmış tamaşaçılar şou-proqrama şahidlik edib. “Gimnastika Planeti” adlı bədii şou səhnəciyi azarkeşlərin diqqətinə çatdırılıb.

Qeyd edək ki, bu çempionatda ölkəmizi böyüklər arasında Elçin Məmmədov, Mədinə Mustafayeva, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, İmran İmranov, Nigar İbrahimbəyli,  Akif Kərimli, gənclərin yarışında isə Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova təmsil edir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri