26 
May
2019
00:07
75
488
6197
Virtual karabakh

Roza Zərgərli və Pərviz Bülbülə ölkə kubokunun təqdimatında oxuyacaq

26 May, 2019
00:07
6197

Roza Zərgərli və Pərviz Bülbülə ölkə kubokunun təqdimatında oxuyacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qəbələ” klubu tarixində ilk dəfə olaraq qazandığı Azərbaycan kubokunu doğma şəhərində azarkeşlərinə təqdim edəcək. 

Oxu.Az xəbər verir ki, mayın 19-da Naxçıvanda qazanılan mükafat Qəbələyə əlamətdar gündə aparılacaq.

Klubun əldə etdiyi ilk kubok 28 May – Respublika günündə azarkeşlərə təqdim olunacaq. Bununla əlaqədar Qəbələ şəhər stadionunda bayram tədbiri təşkil ediləcək. Tədbir saat 19:00-da başlanacaq.

Təqdimatın bədii hissəsində tanınmış müğənni Roza Zərgərli, meyxanaçı Pərviz Bülbülə mahnı oxuyacaq, rəqs və musiqi qrupları tamaşaçıları əyləndirəcək.

Qeyd edək ki, “Qəbələ” Azərbaycan Kubokunun finalında “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edərək növbəti dəfə Azərbaycanı UEFA Avropa Liqasında təmsil etmək hüququ əldə edib.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri