25 
May
2019
16:39
503
17
3711
Virtual karabakh

Azərbaycan cüdoçusu Çində qızıl medal qazandı - FOTO

25 May, 2019
16:39
3711

Azərbaycan cüdoçusu Çində qızıl medal qazandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çin Xalq Respublikasında keçirilən cüdo üzrə beynəlxalq turnirin ikinci günündə Azərbaycan cüdoçusu Çin Qran-Prisinin qızıl medalını qazanıb.

Bu barədə Azərbaycan Cüdo Federasiyasının rəsmi saytında məlumat verilib.

Bildirilib ki, 73 kq dərəcəsində mübarizə aparan cüdoçu Hidayət Heydərov bütün rəqiblərinə qalib gəlib. O, Yunanıstan, Rusiya, Kanada, İsveç cüdoçularını məğlub edərək həlledici görüşdə Birləşmiş Ərəb Əmirliklərinin moldovan əsilli idmançısı Viktor Skvortovla qarşılaşıb. 

Rəqibini “ippon” təmiz qələbə ilə udan H.Heydərov Bakı “Böyük Dəbilqə”sindən iki həftə sonra Çin Qran-Pri yarışının baş mükafatını qazanıb. 

Qeyd edək ki, Çində 43 ölkədən 298 cüdoçu mübarizə aparır. Azərbaycan beynəlxalq turnirdə altı cüdoçu ilə təmsil olunur.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri